Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) “dialoq tərəfdaşı” statusunu rəsmiləşdirən sənədləri imzalayıb.
Az.rasthaber.com xəbər verir ki, Ciddədəki Əl-Salam Sarayında keçirilən Nazirlər Kabinetinin iclasında anlaşma memorandumunu imzalayan Kral Salman Çinlə texniki və peşə təhsili müqaviləsini təsdiqləyərək tərəfdaşlığı rəsmiləşdirib.
Vəliəhd şahzadə Məhəmməd bin Salman bu ayın əvvəlində İranla “yaxşı qonşuluq münasibətlərinin” bərpası ilə nəticələnən danışıqlara vasitəçilik etdiyinə görə Pekinə təşəkkür edib.
Səudiyyə dövlət agentliyi də İranın “tezliklə” bloka qoşulacağına diqqət çəkib.