Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-in üzvü oldu

Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-in üzvü oldu

Səudiyyə Ərəbistanı dövlət televiziyasının dərc etdiyi xəbərə görə, Ər-Riyadın Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın yaratdığı BRICS qrupuna tam üzvlüyü rəsmi olaraq başlayıb.

Az.rasthaber.com xəbər verir ki, məlumatda “Səudiyyə Ərəbistanı Krallığı 6 ölkə arasında BRİKS təşkilatına tamhüquqlu üzv kimi daxil olub və bu üzvlük ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirəcək” ifadələri yer alıb.

BRICS 2024-cü il yanvarın 1-dən İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Efiopiyanın iştirakı ilə genişlənib.

Xəbəri paylaş

VİDEOLAR