Səudiyyə Ərəbistanı neftin qiymətini artırır

Səudiyyə Ərəbistanı neftin qiymətini artırır

ABŞ üçün isə bu artım hər barel üçün 1,65 dollar təşkil edəcək.

Rasthaber “Bloomberg”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” avqust ayında Asiya, ABŞ və Şimali Avropadakı alıcılar üçün tədarüklü neft qiymətini qaldırmaq qərarına gəlib.

Bu, xammala olan tələbatının düşüşündən sonra tələbatın bərpasının fonunda baş verir.

Asiyalı alıcılar üçün bir barel üçün “Arab Light” sortunda artış 1,2 dollar, digər sortlarda isə 1 dollar olacaq.

ABŞ üçün isə bu artım hər barel üçün 1,65 dollar təşkil edəcək.

Şimali Avropaya gəlincə isə, “Brent”-dən 0,7 dollar baha olacaq.

Qiymətin düşəcəyi (1 dollar) yeganə region isə Aralıq Dənizi bölgəsidir.

Xəbəri paylaş

VİDEOLAR