Səudiyyə Ərəbistanı: İranla müsbət münasibətlər qurmaq istəyirik

Səudiyyə Ərəbistanı: İranla müsbət münasibətlər qurmaq istəyirik

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ölkəsinin Tehranla müsbət münasibətlər qurmaq istədiyini, lakin iki ölkə arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclasları üçün Nyu Yorkda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehran-Riyad münasibətlərini dəyərləndirib.

Səudiyyəli nazir İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşü olmadığını və bəzi fikir ayrılıqlarının bu görüşə mane olduğunu bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri bin Fərhan ölkəsinin Tehranla müsbət əlaqələr qurmaq istədiyini, lakin iki ölkə arasında fikir ayrılıqlarının davam etdiyini deyib.

“Biz ümid edirik ki, Vyanada danışıqlarda irəliləyiş mümkün olacaq”, - Səudiyyə Ərəbistanının xarici işlər naziri vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR