Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində baş verən və 95 nəfərin şəhid olmasına səbəb olan terror aktını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Səudiyyə Ərəbistanının İranda mülki şəxsləri hədəf alan hücumları rədd etdiyi və qınadığı bildirilib.
Sputnik-in xəbərinə görə, bəyanatda hücumlarda həyatını itirənlər üçün İrana başsağlığı verilib və yaralılara tezliklə şəfa dilənib.