Səudiyyə Ərəbistanının Qətərlə aralarında 3,5 il ərzində yaşanan gərginliyin aradan qalxması səbəbi ilə Dohadakı səfirlik yenidən açılacaq.
Rasthaber Azərbaycan IHA-ya istinadla verdiyi xəbərə görə, belə bir bəyanatla Ər-Riyadda jurnalistlərlə görüşü zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan çıxış edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı diplomatik müharibəyə bu il yanvarın 5-də bütün sərhədlərin açılması ilə son qoyulub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətəri terroru dəstəkləməkdə ittiham edərək, bu ölkə ilə diplomatik, ticarət və digər əlaqələri dondurmuşdular.