Səudiyyə qırıcıları Yəmənin bir neçə bölgəsini bombalayıb

Səudiyyə qırıcıları Yəmənin bir neçə bölgəsini bombalayıb

Yəmən mediasının bildirdiyinə görə, ən çox Nate, Malil və Fərəə bölgələri bombalanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə qırıcıları son iki gündə Yəmənin Məarib, əl Bayza və Saada şəhərlərindəki yaşayış massivlərini bombalayıb.
 
Məlumata görə, Məarib əyalətində Cəbəl Murad bölgəsi ən az iki dəfə qırıcıların hücumuna məruz qalıb.
 
Yəmən mediasının bildirdiyinə görə, ən çox Nate, Malil və Fərəə bölgələri bombalanıb.
 
Belə ki, Səud rejimi qırıcları bu bölgələrdən Nateyi 6 dəfə, Malil və Fərəə bölgələrini isə 5 dəfə hədəfə alıblar.
 
Hələ ki, ölən və xəsarət alanlar haqqında məlumat verilməyib.
 
Qeyd edək ki, Yəmən ordusu Səudiyyənin bu kimi hücumlarına adətən cavabsız buraxmır, ehtimala görə yaxın zamanlarda Səudiyyənin strateji əhəmiyyətə malik bölgə və şəhərləri hədəfə tuş gələcək.

Xəbəri paylaş

VİDEOLAR