Səudiyyə ordusunda korrupsiyaya görə komandan dəyişdi

Səudiyyə ordusunda korrupsiyaya görə komandan dəyişdi

BSQ-ın yeni komandanı isə Baş Qərargah rəisinin müavini Mutlak bin Salem Ali-Əzim təyin edilib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Səudiyyə Ərəbistanı Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) komandanı Fəhd bin Turki Ali-Səud qurumdakı mümkün maliyyə fırıldaqlarının araşdırılmasının fonunda istefaya göndərilib.

“Kral general-leytenant Fəhd bin Turkini təqaüdə göndərməyə və onun barəsində araşdırmanın başladılmasına, həmçinin əl-Cauf əyalətinin hakim müavini şahzadə Əbdül Əziz bin Fəhd Ali-Səudun da istefaya göndərilməsinə dair qərar qəbul edib”, – deyə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Ali-Səudun fərmanında deyilir.

Kral qeyd edilmiş şəxslərin, həmçinin bir sıra zabitlər və nazirliyin dövlət qulluqçularının barəsində araşdırılmanın başladılmasını tapşırıb.

BSQ-ın yeni komandanı isə Baş Qərargah rəisinin müavini Mutlak bin Salem Ali-Əzim təyin edilib.

Xatırladaq ki, mart ayında krallıqda 300 nəfər, o cümlədən də Müdafiə Nazirliyinin 8 və DİN-in 29 əməkdaşı korrupsiyada şübhəli bilinərək tutulub.

Xəbəri paylaş

VİDEOLAR