Səudiyyə: Ənsarullahın Əl-Riyada atdığı balistik raketini zərərsizləşdirdik

Səudiyyə: Ənsarullahın Əl-Riyada atdığı balistik raketini zərərsizləşdirdik

Səudiyyə koalisiyası, Ərəbistanının paytaxtı Əl-Riyada edilən bir raket hücumunu zərərsizləşdirərək qarşısını aldığını iddia edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın "Al Arabiya" telekanalı şənbə günü gecə koalisiyaya istinad edərək, raket müdafiəsinin Əl-Riyad şəhərinə qarşı bir raket hücumunu zərərsizləşdirdiyini bildirib.

Koalisiya sözçüsü Türki əl-Maliki, Yəmən Ənsarullah Hərəkatının Səudiyyə Ərəbistanının paytaxtına Ballistik raket atdığını qeyd edərək, raketin göydə zərərsizləşdirdiyini önə çəkib.

Qeyd edək ki, sosial şəbəkəlıərdə ərəb istifadəçilər Əl-Riyad yaxınlığında partlayış baş verməsilə bağlı paylaşımlar ediblər.

Xəbəri paylaş

VİDEOLAR