Səudiyyə Ərəbistanı qanunvericiliyinə əsasən, siyasi partiyalar yaratmaq qadağandır.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, xaricdə yaşayan Səudiyyə Ərəbistanından olan müxaliflər “Milli Şura” adlı siyasi partiya yaradıblar.
Partiyanın məqsədi siyasi fəallara qarşı sui-qəsd hallarının artdığı, həbslər, təzyiq və zorakılığın adi hal aldığı krallığa dəyişikliklər gətirməkdir.
Səudiyyə Ərəbistanındakı ən mühüm problemlərin həlli üçün partiya beynəlxaq təşkilatlarla əməkdaşlıq qurmaq niyyətindədir.
“Hakimiyyət xalqa mənsub olmalıdır. Bu, o deməkdir ki, hər bir kəs seçə və seçilə bilər”, – deyə partiya rəhbərliyinin bəyanatında deyilir.
Partiya rəsmiləri hesab edirlər ki, Səudiyyə Ərəbistanında hakimiyyətin qanunverici, icraiyyə və məhkəmə qolları aydın şəkildə ayırılmalıdır.
Krallıq rəhbərliyi hələ bu xəbəri şərh etməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunvericiliyinə əsasən, siyasi partiyalar yaratmaq qadağandır.