Səudiyyə Əl-Qətifdəki əza mərasimlərinə qadağa qoydu

Səudiyyə Əl-Qətifdəki əza mərasimlərinə qadağa qoydu

Vəhabi krallıq İmam Hüseyn üçün təşkil olunan mərasimlərini bacardığı qədər qarşısını almaq istəyir

Rasthaber Azərbaycan xəbər verir ki, Səud rəsmiləri İmam Hüseyn (ə) üçün təşkil olunan yas mərasimlərinə qarşı sərt tədbirlər həyata keçirməyə başlayıb.

Yerli mənbələr Livanın “Al Ahd” internet portalına verdikləri açıqlamada, Səud rəsmilərinin ölkənin qərbindəki Qətif şəhərində təşkil olunan məhərrəmlik mərasimlərinin təşkil olunmasına qarşı ciddi tədbirlərə start verdiyini açıqlayıb.

Xəbərə görə, Səud rəsmiləri mərasim təşkil edən məscid və hüseyniyələrin səsgücləndircidən istifadəyə qadağa qoyaraq, əazadarların məscid və hüseyniyələrə girişinə icazə verməyib.

Keçən cümə günü Nəba xəbər portalı Səud rəsmilərinin Qətif və əl-Əhsa əhalisinin bu ilki yas mərasimləri keçirməmələri üçün xəbərdarlıq etdiyini yaymışdı.

Xəbərə görə, Səud güc sttukturları  mərasimlər üçün səsgücləndiri, mikrafon, Hüseyni bayraqları, plokat və digər təbliğat vasitələrindən istifadə etməsini qadağan edib.

Xəbəri paylaş

VİDEOLAR