Səudiyyə Koalisiyasını ABŞ və İngiltərə idarə edir

Səudiyyə Koalisiyasını ABŞ və İngiltərə idarə edir

Məhəmməd Əli əl-Husi ABŞ və Böyük Britaniya hökumətlərini Səudiyyə Koalisiyasını idarə etməkdə ittiham etdi

Yəmənin Ali Milli Şurasının sədri Məhəmməd Əli əl-Husi ABŞ və Böyük Britaniya hökumətlərini tənqid edib.

 

Rasthaber Azərbaycan eastnews-a istinadən bildirir ki, Məhəmməd Əli əl-Husi vurğulayıb ki, ABŞ və Böyük Britaniya Yəmənə hücum edən Koalisiya Qüvvələrinə birbaşa nəzarət edir.

"Biz bunu dəfələrlə bəyan etmişik ki, Səudiyyə Ərəbistanına silah satılmasa, onlar da ölkəmizə hücumları dayandırarlar.

Lakin ABŞ və Böyük Britaniya silah satmağa davam edirlər", - deyə Məhəmməd Əli əl-Husi diqqətə çatdırıb.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Rub Yəməndəki tərəflərə gərginliyi azaltmaq üçün çağırış etmişdi.

 

Xəbəri paylaş

VİDEOLAR