Səudiyyə koalisiyası Səna hava limanının fəaliyyətinə əngəl olur

Səudiyyə koalisiyası Səna hava limanının fəaliyyətinə əngəl olur

Yəmənin Ənsarullah Hərəkatı və Milli Qurtuluş Hökumətinin müzakirə komandasının rəhbəri bazar günü axşam saatlarında Yəməndə atəşkəs rejiminin növbəti dəfə pozulduğunu bildirib və bu hücumları qınayıb.

Əbdül Salam, Səudiyyə rejiminin Səna hava limanının fəaliyyətinin bərpa edilməsinə mane olmasını atəşkəs razılaşmanın açıq şəkildə pozulması kimi dəyərləndirib.
Ənsarullah Hərəkatı həmçinin bildirib ki, təcavüzkar koalisiya gəmilərin Yəmənin Əl-Hüdeydə limanına girişini də əngəlləyir. Bu isə atəşkəs sazişinin hərbi tərəfdən pozulması deməkdir.

Xəbəri paylaş

VİDEOLAR