Səudiyyə İsrailə xoş görünmək üçün Quranın ivrit dilindəki tərcüməsini təhrif etdi

Səudiyyə İsrailə xoş görünmək üçün Quranın ivrit dilindəki tərcüməsini təhrif etdi

Məhəmməd peyğəmbərin (s) adına İvrit dilinə tərcümədə ümumiyyətlə rast gəlinməyib

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, Kral Fəhd adına Quran Nəşri Mərkəzi müqəddəs Qurani-Kərimi İvrit dilinə (Yəhudi dili - red.) tərcümə edib. Lakin bu tərcümədə 300-dən çox xəta aşkar edilib. Bu haqda  "Middle East Monitor" məlumat yayıb.

Belə ki, Quranda bir neçə dəfə təkrarlanan hz. Məhəmməd peyğəmbərin (s) adına İvrit dilinə tərcümədə ümumiyyətlə rast gəlinməyib. "Əl-Əqsa" sözü isə "Hərəm" kimi tərcümə edilib.

"Söhbət təhlükəli xətalardan gedir. Bu xətalar belə təəsürat yaradır ki, müqəddəs Qurani-Kərim - tarixə dair fundamentalist yəhudi şərhini təsdiqləyir", - deyə qeyd edilir.

Xatırladaq ki, Kral Fəhd adına Quran Nəşri hər il 74 dildə 10 milyon Qurani-Kərim nüsxəsi nəşr edir.

Xəbəri paylaş

VİDEOLAR