Bu barədə krallığın Həcc və Ümrə İşləri Nazirliyi bildirib
Rasthaber Azərbaycan shafaqna.com-a istinadən xəbər verir ki, koronavirusa görə Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc zamanı Kəbəyə toxunmağı qadağan edəcək.
“Kəbəyə toxunmaq və onu öpmək qadağan edilir”, – deyə krallığın Həcc və Ümrə İşləri Nazirliyi bildirib.
Kəbəyə yaxınlaşmanın qarşısını almaq üçün isə maneələr quraşdırılacaq.
Xatırladaq ki, bu il pandemiyaya görə xaricdən zəvvar qəbul edilməyəcək və ziyarətdə 10 min nəfərədək insan iştirak edə biləcək.