Səudiyyə atəşkəsi pozmaqda davam edir - Yəmən

Səudiyyə atəşkəsi pozmaqda davam edir - Yəmən

Yəmənin hərbi rəsmilərindən biri dünən gecə məlumat verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu barədə Yəmənin hərbi rəsmilərindən biri dünən gecə məlumat verib.

Bu hərbi rəsmi Yəmənin Əl-Məsirə kanalına verdiyi müsahibədə xatırladıb: "Səud təcavüzkarları və onların muzdluları müxtəlif növ ağır və yüngül silahlardan istifadə edərək, Əl-Hüdeydənin müxtəlif bölgələrini hədəfə alıblar. 

İsveçrədə Səna və Ər-Riyad nümayəndələri arasında əldə edilən atəşkəs razılaşması 2018-ci il oktyabrın 18-dən Yəmənin qərbində yerləşən Əl-Hüdeydə vilayətində qüvvəyə minib, lakin səud koalisiyası hər gün onu pozur.

Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üçün əsas yoldur.

Yəmənin sülh danışıqlarının dördüncü turu 2018-ci il dekabrın 6-da BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi "Martin Griffits"in başçılığı ilə İsveçrənin paytaxtı Stokholm şəhərində başlayıb və 2018-ci il dekabrin 13-də Əl-Hüdeydədə atəşkəslə bağlı razılaşmanın əldə edilməsi ilə işinə yekun vurub.

Xəbəri paylaş

VİDEOLAR