Səudiyyə 5 yəmənli mülki vətəndaşı terrorçular siyahısına salıb

Səudiyyə 5 yəmənli mülki vətəndaşı terrorçular siyahısına salıb

Səudiyyə Ərəbistanı 5 yəmənli mülki şəxsi Ənsarullah hərəkatını dəstəkləyən fəaliyyətlərlə əlaqəli olduqları iddiası ilə terrorçular siyahısına saldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Polis İdarəsindən verilən açıqlamada, bu şəxslərin Səudiyyə Ərəbistanındakı varlıqlarının bloklandığı, onlarla və ya maraqlarına uyğun hər hansı əməliyyatların qadağan edildiyi bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından etibarən Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə Yəmənə qarşı genişmiqyaslı hücumlara başlayıb.

Səudiyyəlilərin gözləntilərinin əksinə olaraq, Yəmən xalqının güclü müqaviməti düşmənin hədəflərini darmadağın etdi və Ər-Riyad Səudiyyə torpaqlarının dərinliklərinə, xüsusilə Aramco obyektlərinə güclü hücumlardan sonra Yəmən müqaviməti ilə atəşkəsi qəbul etməli oldu.

Xəbəri paylaş

VİDEOLAR