Sudanın sabiq Prezidenti Ömər əl-Bəşir həbsxanadan xəstəxanaya köçürülüb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, sabiq Prezident aprelin 15-də Xartumda şiddətli döyüşlər başlamazdan əvvəl Kobar həbsxanasından Sudanın paytaxtındakı xəstəxanaya köçürülüb.
Xatırladaq ki, Ömər əl-Bəşir 1989-cu ildən 2019-cu ilin aprelinə qədər Sudana rəhbərlik edib və hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılıb.