Sudani: Beynəlxalq koalisiya qüvvələri İraqdan çıxarılmalıdır

Sudani: Beynəlxalq koalisiya qüvvələri İraqdan çıxarılmalıdır

Rəsmi Bağdad ölkə ərazisində beynəxalq koalisiya qüvvələrinin mövcudluğuna son qoyulması ilə bağlı mövqeyindən geri çəkilməyəcək.

Az.rasthaber.com RT-yə istinadən xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd əs-Sudani bəyan edib.

O deyib ki, ABŞ qoşunları tərəfindən paytaxt Bağdad şəhərində xalq könüllü qüvvələrinin komandirinə qarşı son hücum da xarici qoşunlarının çıxarılmasının aktuallığını vurğulayır.

“Beynəlxalq koalisiya qüvvələrinin Xalq Səfərbərlik qüvvələrini (Həşdi Şabinin) qərargahına hücumlarının dəfələrlə təkrarlanması insidentləri olduqca ciddi insidentlərdir“, – deyə əs-Sudani qeyd edib.

O bildirib ki, beynəlxalq koalisiyanın İraqda mövcudluğu üçün bəhanələr artıq yoxdur.

Baş nazir əlavə edib ki, ölkə rəhbərliyi hazırda “İraqdakı koalisiya qüvvələrinin mövcudluğuna son qoyulması üzrə tədbirlərin hazırlanması üçün yaradılmış ikitərəfli komitə çərçivəsində danışıqların başlaması tarixini müəyyənləşdirir“.

Xatırladaq ki, yanvarın 4-də ABŞ Müdafiə Nazirliyinin rəsmisi Patrik Rayder ABŞ ordusunun İraqda Həşdi Şabi ilə bağlı yüksək rütbəli şəxslərə hücum etdiyini təqdim edib.

Xəbəri paylaş

VİDEOLAR