Sudan ordusu ölkədəki xarici vətəndaşların təxliyyəsinə başlanıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, aprelin 15-də Sudan ordu ilə xüsusi təyinatlı qüvvələr arasında başlayan toqquşmalar səbəbindən ölkədəki xarici ölkə vətəndaşları təxliyə olunur.
Məlumatda bir sıra ölkənin liderinin Sudan ordusunun komandanı Əbdülfəttah Əl-Burhanla telefon əlaqəsi saxlayaraq vətəndaşlarının təxliyə edilməsini tələb etdiyi və Burhanın lazımi addımları atacağını ifadə etdiyi qeyd olunub.
Məlumatda həmçinin Səudiyyə Ərəbistanının Sudandakı diplomatlarının təxliyə olunduğu vurğulanıb.
Səudiyyə Ərəbistanı diplomatları quru yolu ilə Port Sudan şəhərinə gedib, daha sonra isə təyyarə ilə ölkələrinə qayıdıblar.
Bildirilib ki, ABŞ, Fransa, İngiltərə və Çin diplomatlarını təxliyə etmək üçün hərbi nəqliyyat təyyarələrindən istifadə edəcək.