Sudandakı münaqişələr səbəbindən 300 mindən çox insan ölkəni tərk edib

Sudandakı münaqişələr səbəbindən 300 mindən çox insan ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ölkədəki münaqişələr səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qrandi Twitter hesabında etdiyi paylaşımda bildirib:

"Sudandan qonşu ölkələrə 300 mindən çox insan keçdi. Son bir neçə gündə bir çoxu Çad və Misirlə sərhədi keçdi".

Sudandakı qaçqınlara cavab planına donorların töhfəsinin qeyri-kafi olmağa davam etdiyini vurğulayan Qrandi bildirib:

"Qaçqınları qəbul edən ölkələrə dəstək olmaq üçün təcili olaraq daha çox resursa ehtiyacımız var".

Xəbəri paylaş

VİDEOLAR