Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında davam edən döyüşlər nəticəsində indiyədək azı 850 dinc sakin həlak olub, 3400-ə yaxın insan yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, “Al Jazeera” telekanalının məlumatına görə, bu barədə Sudan Həkimləri Həmkarlar İttifaqı məlumat yayıb.
Həlak olan və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri əsasən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmirlər.
Hazırda paytaxt Xartum və bəzi əyalətlərdə hərbi əməliyyatlar davam edir.