Sudanın qərbində yerləşən Qərbi Darfur əyalətində toqquşmalar zamanı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti yerli rəsmilərə istinadən yazıb.
"Qanlı toqquşmalar nəticəsində Qərbi Darfurda 4 nəfər həlak olub, onlarla insan yaralanıb", - məlumatda deyilir.
Nəşrin məlumatına görə, El-Geneyna şəhərinin (ştatın paytaxtı) rəhbəri bildirib ki, hazırda təhlükəsizlik xidmətlərinin əməkdaşları toqquşmaların əhatə etdiyi ərazilərdə nəzarəti bərqərar etməyə nail olub.