Sudanda qarşıdurmalar davam edir

Sudanda qarşıdurmalar davam edir

Sudanın paytaxtı Xartumun müxtəlif bölgələrində ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında ağır silahlarla qarşıdurma baş verib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxtın Umdurman bölgəsində ordunun döyüş təyyarələri HDK-nın şəhərdəki mövqelərini bombalayıb.

Xüsusi təyinatlıların Umdurmanda axtarış işləri apardığını açıqlayan ordu, HDK üzvlərinin kütləvi şəkildə ərazidən qaçdığını iddia edib.

Bəhri şəhərində də gərgin qarşıdurmalar baş verib.

Şəmbat və Halfayə körpüləri ətrafında toqquşmaların olduğu bildirilib.

Şahidlərin bildirdiyinə görə, ordu HDK üzvlərini vətəndaşların evlərindən qovmaq və onları zərərsizləşdirmək üçün Bəhrinin müxtəlif rayonlarına yerləşdirilib.

Digər tərəfdən, Sudan Mülki Aviasiya İdarəsi, humanitar yardım və təxliyə uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının 31 iyula qədər uzadıldığını açıqlayıb.

Xatırladaq ki, aprelin ortalarında ordu ilə HDK arasında baş verən vətəndaş müharibəsindən sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.

Xəbəri paylaş

VİDEOLAR