Sudanın Qırmızı dəniz əyalətində ötən ay elan edilən fövqəladə vəziyyət bu gün gecədən etibarən 3 ay müddətinə uzadılıb.
Az.rasthaber.com xəbər verir ki bu barədə Rəsmi xəbər agentliyi SUNA məlumat yayıb. Bildirilir ki Əyalət valisi Fətullah əl-Hac Əhməd fövqəladə vəziyyətin uzadılması ilə bağlı fərman imzalayıb.
Qırmızı Dəniz Təhlükəsizliyi Komitəsi komendant saatı tətbiqi başda olmaqla nəzarət məntəqələrinin artırılması kimi sərt tədbirlər gördüklərini, bu çərçivədə əyalətə sızan terrorçuların həbs edildiyini bildirib.