Sudanda 435 uşaq qətlə yetirilib

Sudanda 435 uşaq qətlə yetirilib

Sudanda ordu və xüsusi təyinatlılar (çevik reaksiya qüvvələri) arasında gedən döyüşlər nəticəsində azı 435 uşaq qətlə yetirilib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) toqquşmaların 100-cü gününə dair məruzəsində bildirib.

Həmçinin 2 mindən çox uşağın da xəsarət aldığı əlavə edilib

Qeyd edilib ki, real rəqəmlərin daha da çox olduğu ehtimal edilir.

Vurğulanıb ki, yetkinliyə çatmamış təxminən 14 milyon nəfərin təcili humanitar yardıma ehtiyacı var.

Xəbəri paylaş

VİDEOLAR