Sudanda 19,1 milyon insan aclıq təhlükəsilə üz-üzədir

Sudanda 19,1 milyon insan aclıq təhlükəsilə üz-üzədir

Aclıq təhlükəsilə üzləşən sudanlıların sayı aprel ayının ortasından bəri davam etməkdə olan münaqişə ərzində 11,7 milyon nəfər 19,1 milyon nəfərədək yüksəlib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus məlumat verib.

Münaqişə ən çox aclıq riskinə məruz qalan insanların sayını kəskin artırıb – 11,7 milyondan 19,1 milyonadək“, – deyə o qeyd edib.

ÜST başçısının sözlərinə görə, Sudan əhalisinin tibbi yardıma olan tələbatı yüksəkdir, tibbi xidmətə əlçatarlıq olduqca çətin olaraq qalmaqdadır, “münaqişənin yaratdığı şərait isə epidemiyaların yayılması səbəbilə ölüm riskini yüksəldir“.

Qeyd edək ki, Sudan Afrikada yerləşən və əhalisi müsəlmanlardan ibarət olan bir ölkədir.

Xəbəri paylaş

VİDEOLAR