Sudanda 1 həftəlik atəşkəsə dair razılıq əldə olunmayıb

Sudanda 1 həftəlik atəşkəsə dair razılıq əldə olunmayıb

Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) Sudan ordusu ilə 7 günlük atəşkəsə razı olmayıb.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin rəisinin müşaviri Yusif İzzət məlumat verib.

O vurğulayıb ki, ümumiyyətlə, ÇRQ atəşkəs ideyasını rədd etmir.

“Yeddi günlük atəşkəsə dair razılaşmamız haqqında danışmaq tezdir. Hazırda 1 həftəlik atəşkəsə razı deyilik”, - Yusif İzzət telekanala açıqlamasında deyib.

Daha əvvəl bildirilmişdi ki, Sudanın Keçid Şurasının rəhbəri və ordunun baş komandanı Əbdülfəttah əl-Burhan və ÇRQ-nin rəhbəri Məhəmməd Həmdan Daqlo mayın 4-dən 11-dək atəşkəsə dair prinsipial razılığa gəliblər. İdarədə həmçinin iddia ediblər ki, tərəflər sülh danışıqlarına başlamaq üçün nümayəndələr təyin etmək barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR