Səud rejiminin mühasirəsi davam etdiyinə görə müharibə davam edəcək

Səud rejiminin mühasirəsi davam etdiyinə görə müharibə davam edəcək

Yəmən Ali Siyasi Şurası sədr vəkili Səudiyyənin mühasirəsinin dayandırılmadığı təqdirdə atəşkəs olmayacağını bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ali Siyasi Şurası sədr vəkili Muhammed əl-Bahti  bu haqda deyib: "Döyüşün dayandırılması və Yəmən mühasirəsinin götürülməsi tamamilə razılığın üzərindədir. Yəmənin mühasirəsinin davam etməsi Səudiyyə koalisiyasının təcavüzünün davam etməsi deməkdir."

Səudiyyə koalisiyası, BMT-nin corona virusunun qloballaşmasına qarşı yönəlmiş səylərini cəmləşdirmək üçün atəşkəs planını dəstəkləmək üçün cümə axşamı günü Yəməndəki hərbi əməliyyatlarını dayandıracağını açıqlayıb.

Yəmən Ali Siyasi Şurası  üzvü Məhəmməd əl-Bahti, “Al Mayadeen”  xəbər kanalına verdiyi müsahibədə Səudiyyə koalisiyasının iddiasına cavab verib.

"Güc balansı indi Sənanın lehinə dəyişdi və düşmən digər Yəmən əyalətlərinin xilas ediləcəyindən narahatdır", -  deyə Məhəmməd əl-Bahti bildirib.

Yəmən rəsmisi Səudiyyənin hərbi əməliyyatları dayandırması ilə bağlı açıqlamalarını rədd edərək, hücumlar davam etdiyini qeyd edib.

 

Xəbəri paylaş

VİDEOLAR