Səud rejimi Yəmənin bir çox bölgəsini bombaladı

Səud rejimi Yəmənin bir çox bölgəsini bombaladı

Səudiyyə Koalisiyasının hücumları davam etməkdədir

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, səud koalisiyasının qırıcıları iki gündür Yəmənin mərkəzində yerləşən Əl-Beyza vilayətinə və bu ölkənin şimalında Qaniyyə bölgəsi, Nate və Əl-Səvadiyyə şəhərlərinə 12 dəfə Hava zərbələri endirib. 

Qeyd olunur ki,  Əl-Couf sərhəd vilayəti də 7 dəfə Hava hücumuna məruz qalıb və bu hücumların çoxu Əl-Couf vilayətinin şərqində "Xəbu Əş-Şəf" şəhərini hədəfə alıb.

Koalisiya qırıcıları, həmçinin bu müddət ərzində Məarib vilayətinin şimal-şərqində yerləşən "Məczər" şəhəri, Yəmənin qərbində Həccə vilayətinin "Əbəs" şəhərini və bu ölkənin şimalında "Sədə" sərhəd vilayətində Kətaf şəhərini də bombalayıb.

Xəbəri paylaş

VİDEOLAR