Səud rejimi yenidən Məaribi bombaladı

Səud rejimi yenidən Məaribi bombaladı

İnformasiya mənbələri bildiriblər ki, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri Yəmənin qərbində yerləşən Məarib vilayətinin bölgələrini bombalayıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən saatlarda Məarib vilayətinin Cəbəl-Murad və Sərvah rayonlarını iki növbədə bombalayıblar.

Digər tərəfdən, səud koalisiyasının qüvvələri keçən sutka ərzində Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətində atəşkəsi 238 dəfə pozublar.

Səud koalisiyasının tabeliyində olan qüvvələr Əlhudəydə vilayətində yerləşən bölgələri artilleriya və yarımağır silahlardan atəşə tutublar.

Ərəbistan ilə müttəfiqlərinin bu militarizmi indiyədək on altı mindən çox yəmənlinin öldürülməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnibdir.

Xəbəri paylaş

VİDEOLAR