Səud təcavüzkarlarının Yəmənin Səədə şəhərinə qarşı artilleriya hücumları nəticəsində bir qrup mülki şəxs yaralanıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Səud təcavüzkarları Yəmənin şimalındakı Səədə şəhərində yerləşən Minbə bölgəsini artilleriya atəşlərinə məruz qoyublar.
Səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən saatlarda da Yəmənin mərkəzində yerləşən Marəb vilayətinin bəzi bölgələrini bombalayıb və dəfələrlə yarımağır silahlar və artilleriya hücumları ilə Əlhudəydə vilayətində atəşkəsi pozublar.
Təcavüzkar səud koalisiyası ötən günlər ərzində də bir neçə dəfə Marəb, Əlcuf və Səədə vilayətlərini bombalayıb.