Səud Koalisiyası Yəməndə yenə mülki vətəndaşları hədəfə aldı

Səud Koalisiyası Yəməndə yenə mülki vətəndaşları hədəfə aldı

Səudiyyə koalisiyası Yəmənin Saada vilayətinin müxtəlif yerlərinə hücum həyata keçirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə koalisiyası Yəmənin Saada vilayətinin müxtəlif yerlərinə hücum həyata keçirib.
Hücumlar zamanı 244 saatda 20 nəfər qətlə yetirilib və yaralanıb.
Al Masirah telekanalının xəbərinə görə, Saada vilayətinin əl-Rago bölgəsinə raket və artileriya hücumu zamanı iki mülki vətəndaş ölüb.
Dünən isə yenə bu bölgə hücuma məruz qalıb ki, hücumlar zamanı 8 mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, Yəmən Ordusu son günlər dəfələrlə Səudiyyənin hərbi bazalarını hədəfə almaqdadır.

Xəbəri paylaş

VİDEOLAR