Səud koalisiyası Yəmən ərazilərini bombaladı

Səud koalisiyası Yəmən ərazilərini bombaladı

Bu hücumların ehtimal olunan tələfatı və xəsarətləri barədə hələ ki məlumat verilməyib.

Təcavüzkar səud koalisiyası qırıcıları bu gün Yəmənin Əl-Məarib, Əl-Couf və Əl-Beyza vilayətlərində yaşayış massivlərini yenidən bombalayıblarş

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  Səudiyyə koalisiyasına aid qırıcılar Yəmənin Əl-Məarib vilayətinin "Maheliyyə" və "Mədqəl" bölgələri, Əl-Couf vilayətinin "Əl-Həzm" və Əl-Beyza vilayətinin "Vələd Rəbi" bölgəsini hədəfə alıblar.

Bu hücumların ehtimal olunan tələfatı və xəsarətləri barədə hələ ki məlumat verilməyib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi dünən gecə Yəmən ordusu və xalq komitələri tərəfindən Ərəbistanın cənubunda yerləşən "Əsir" vilayətinin "Abha" beynəlxalq hava limanına PUA hücumlarının həyata keçirilməsindən xəbər verib.

Sözü gedən xəbər agentliyi təcavüzkar səud koalisiyasının mətbuat katibi Türki Əl-Malikinin sözlərinə istinadla Yəmən ordusu və xalq komitələri tərəfindən Abha aeroportuna PUA hücumunun edilməsini təsdiqləyərək, iddia edib ki, səud koalisiyası qüvvələri bir ədəd partlayıcı dronu izləyərək, məhv edib.

Yəmən ordusu və xalq komitələri hələ ki, bu haqda açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR