Sərhədimizə müasir elektron avadanlıq sistemilə nəzarət olunur - İranlı general

Sərhədimizə müasir elektron avadanlıq sistemilə nəzarət olunur - İranlı general

"Hazırda ölkə sərhədlərinin 90 faizdən çoxu müasir elektron avadanlıq və sistemlərlə izlənilir."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun baş komandanı deyib

General-polkovnik Əmir Əbdürrəhim Musəvi quru keçidinə baxış keçirərkən, İRNA-ya verdiyi müsahibədə bu haqda danışıb.

O deyib ki, ölkə sərhədlərinin monitorinqi əvvəlki illərdən fərqlənir və İranın sərhəd nəzarəti ildən-ilə yenilənir.

General Əfqanıstandakı son hadisələrə də toxunub və istənilən təhdidlə qarşılaşmağa hazır olan İranın silahlı qüvvələrinin bu cür hadisələrdən narahat olmadıqlarını və düşmənlərin İslami İranın əsgərləri qarşısında meydan oxumasına icazə verməyəcəklərini bildirib.

İranın Rəzəvi Xorasan vilayətinin Əfqanıstanla 300 km sərhəddi var.

Xəbəri paylaş

VİDEOLAR