Şoyqu: Qərbin məqsədi Rusiyanı məğlub edib Çin üçün təhlükə yaratmaqdır

Şoyqu: Qərbin məqsədi Rusiyanı məğlub edib Çin üçün təhlükə yaratmaqdır

Ukraynadakı münaqişədə Qərbin əsl məqsədi Rusiya Federasiyasına strateji məğlubiyyətə uğradıb, Çin üçün təhlükə yaratmaqdır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirlərinin iclasında deyib.

Onun sözlərinə görə, Qərbin əsas məqsədi dünyada monopoliya mövqeyini qoruyub saxlamaqdır.

"Vaşinqton və onların əlaltıları digər ölkələri Rusiya Federasiyası və Çinlə hərbi qarşıdurmaya təhrik etmək üçün strateji plan həyata keçirir", - deyə Şoyqu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR