Şotlandiya televiziyasının ilk hicablı jurnalisti

Şotlandiya televiziyasının ilk hicablı jurnalisti

34 yaşlı Qlazqo sakini Təsnim Nazir xəbərlər zamanı yaxınlarını itirmiş ailələrə psixoloji dəstəyin vacibliyi barədə süjetlə çıxış edib.

Rasthaber Azərbaycan “Sunday Post”-a istinadən xəbər verir ki, Şotlandiya televiziyasında ilk dəfə olaraq hicablı müxbir işə başlayıb.

Bu, izləyicilər tərəfindən çoxlu müsbət rəylərlə qarşılanıb.

34 yaşlı Qlazqo sakini Təsnim Nazir xəbərlər zamanı yaxınlarını itirmiş ailələrə psixoloji dəstəyin vacibliyi barədə süjetlə çıxış edib.

5 uşaq anası olan hicablı jurnalist beynəlxalq jurnalistika fakültəsini bitirib və televiziyada işləmək onun həmişəki arzusu olub.

Təsnim deyib ki, böyük ailəsinin olmasına baxmayaraq, işə götürənlərin müsəlman hicablı xanıma rədd cavabı verməsinə bəhanələrinin olmaması üçün jurnalistika üzrə magistr təhsili almağı özünə borc bilib. Hicablı müsəlman xanımlar əmək bazarında tez-tez mənfi rəftarla qarşılaşmalı olurlar.

O, Böyük Britaniyanın teleməkanında dini və milli azlıqların kifayət qədər təmsil olunmadığını bildirib və özünün və digər müsəlman jurnalist xanımların tez-tez efirlərə çıxa biləcəyinə ümidini ifadə edib.

Yeri gəlmişkən, Təsnimə artıq yeni süjetlərlə çıxış etmək də təklif edilib.

Xəbəri paylaş

VİDEOLAR