"Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahid bildirib
"Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahid ABŞ ordusunun çıxarılması tamamlandıqdan sonra Əfqanıstanın tam müstəqillik qazandığını deyib.
Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bu barədə o öz "Twitter" səhifəsində bildirib.
"Bu gün Əfqanıstan vaxtı ilə gecə yarısında sonuncu Amerika əsgəri Kabil hava limanını tərk edib. Beləliklə, ölkəmiz nəhayət azad oldu və tam müstəqillik qazandı".