Sonuncu ABŞ əsgəri Əfqanıstanı tərk etdi

Sonuncu ABŞ əsgəri Əfqanıstanı tərk etdi

20 ildən sonra ABŞ hərbi qüvvələri Əfqanıstanı tərk edib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ölkənin idarəetməsini öz əlinə alan Taliban liderlərinin bir neçəsi Kabil hava limanına gəlib.

AFP xəbər agentliyi Taliban-ın sözçüsü Zabihullah Mujahidin sitatını yayıb: "Təbriklər, Əfqanıstan, bu qələbə hamımızındır".

O deyib ki, ABŞ və dünya ölkələri ilə "yaxşı əlaqələlər" istəyirlər: "Hamısı ilə yaxşı diplomatik münasibətləri alqışlayırıq".

Məlumatlara görə, avqustun 31-i erkən saatlarda Taliban qüvvələri Kabildə ABŞ hərbçilərinin gedişini atəşfəşanlıqla qeyd ediblər.

ABŞ hərbi missiyası Kabildə hərbi aviasiya və hərbi nəqliyyat vasitələrini aparmayıb, amma onu yararsız edib. Bunu missiyanın komandiri general Kenneth McKenzie deyib. Onun sözlərinə görə, gecə uçmazdan əvvəl 73 aviasiya vasitəsi, 70 zirehli taktiki maşını və 27 Humvees'i "silahsızlaşdırılıb" və Taliban bundan istifadə edə bilməyəcək.

Xəbəri paylaş

VİDEOLAR