“Son üç ayda İraqda təkcə hava zərbələrində 70 İŞİD üzvü məhv edilib.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqın dövlət xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı bəyanat verib.
Komandanlığının sözçüsü Tahsin əl-Xafaci qeyd edib ki, son üç ayda təkcə hava zərbələrində İŞİD terror təşkilatının 70 üzvü məhv edilib.
Əlavə edilib ki, bu əməliyyatlara baxmayaraq terror təşkilatı Diyala, əl-Ənbar, Nineva əyalətinin cənub-qərbində, əl-Cəzirə bölgəsində, hətta Bağdadın şimalında da təhlükə yaratmaqdadır.
Qeyd edək ki, İŞİD 2014-cü ilin yayında İraqın üçdə birini nəzarətə götürüb. İraq Ordusu 2017-ci ilin sonunda terror təşkilatının nəzarətində olan bütün coğrafi əraziləri geri alıb. İŞİD bundan sonra ucqar bölgələrdə gizli sığınacaqlarına çəkilib.