Almaniyanın müdafiə naziri Anneqret Kramp Karrenbauer Əfqanıstandakı son alman əsgərlərinin ölkəni tərk etdiyini açıqlayıb.
Rastahber Azərbaycan xəbər verir ki, Kramp Karrenbauer "Twitter" hesabından verdiyi açıqlamasında son alman əsgərlərinin iyunun 29-da axşam radələrində Əfqanıstanı sağ-salamat tərk etdiyini bildirərək, "20 ildən sonra xaricdəki ən sıx missiyamız tamamlandı" deyib.
Almaniya Ordusu tərəfindənyayılan məlumatda da alman əsgərlərinin Əfqanıstandakı NATO missiyasının tamamlandığı qeyd edilib.
Alman əsgərləri 2001-ci ildən bəri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) və sonra həyata keçirilən Qətiyyətli Dəstək Missiyası tərkibində Əfqanıstandaifə icra edirdi. Missiyada ümumilikdə 59 alman əsgəri həlak olub.
Son olaraq 1100 alman əsgəri Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstanda idi.