Son 4 gündə 48 İsrail əsgəri məhv edilib

Son 4 gündə 48 İsrail əsgəri məhv edilib

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları son 96 saatda Qəzza zolağında 48 İsrail əsgərinin öldürüldüyünü, 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları öz Telegram hesablarında Qəzza zolağında sionist İsrail ordusuna qarşı müqavimət fəaliyyətləri ilə bağlı açıqlama veriblər.

Bəyanata əsasən, son 4 gündə 24 hərbi əməliyyat həyata keçirən Qəssam Briqadaları Qəzzaya daxil olan sionist İsrail əsgərləri və maşınlarını raket və partlayıcı maddələrlə vurub, daha əvvəl partlayıcı maddələrin yerləşdirildiyi iki tuneli məhv edib.

Qəssam snayperləri sionist rejim əsgərlərini hədəfə alıblar. Qəzza zolağında bütün cəbhələrdə İsrail ordusunun qərargahları, səhra komandanlıq otaqları və bölmələri minaatan mərmiləri və qısa mənzilli raketlərlə bombalanıb.

Qəssam Briqadaları Qəzzada son 4 gündə həyata keçirdikləri əməliyyatlarda 48 işğalçı İsrail əsgərinin öldürüldüyünü və onlarla insanın yaralandığını, sionist rejim ordusuna aid 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyini bildirib.

Qəssam Briqadaları həmçinin Tel-Əvivə çoxlu raketlərin atıldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR