Somalidə təhlükəsizlik məntəqəsinə hücum edilib: Ölənlər var

Somalidə təhlükəsizlik məntəqəsinə hücum edilib: Ölənlər var

Somalinin Afqoye şəhərində təhlükəsizlik məntəqəsinə edilən bombalı hücumda ən azı 5 nəfər həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, Cənub-Qərb vilayətinin təhlükəsizlik rəsmisi İbrahim Əli AA müxbirinə verdiyi açıqlamada, paytaxt Moqadişudan 30 kilometr uzaqlıqdakı Əfqoye şəhərində təhlükəsizlik məntəqəsinə bombalı hücumun təşkil edildiyini bildirib.

Əli hücumda azı 5 nəfərin öldüyünü, aralarında mülki vətəndaşların da olduğu 10 nəfərin yaralandığını bildirib.

Təhlükəsizlik rəsmisi Əli yaralanan mülki vətəndaşların və təhlükəsizlik işçilərinin paytaxt Moqadişudakı tibb müəssisələrinə aparıldığını bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ötən gün paytaxtda törədilən terror aktlarında ən azı 8 nəfər həyatını itirib.

Əl-Şəbab terror təşkilatı 2007-ci ildən Somali hökumətinə və Afrika Birliyi qüvvələrinə hücum edir, şəhərlərdə və kənd yerlərində tez-tez terror aktları təşkil edir.

Somali prezidenti Həsən Şeyx Mahmud 2022-ci ildə vəzifəyə gəldiyi gündən Əl-Şəbabla mübarizəni gücləndirib.

Xəbəri paylaş

VİDEOLAR