Somalidə sel fəlakəti: 341 min nəfər evsiz qaldı

Somalidə sel fəlakəti: 341 min nəfər evsiz qaldı

Somalidә son dörd ay әrzindә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 341 mindәn çox adam köç etmәk mәcburiyyәtindә qalıb.

BMT-nin Humanitar mәsәlәlәr üzrә koordinasiya ofisinin mәlumatına әsasәn, daşqınlar nәticәsindә minlәrlә adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.Daşqınlar nәticәsindә әkin sahәlәrinin dә sular altında qaldığı bildirilib.

BMT-nin Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatı ilә ölkәdә 2,1 milyon insanın әrzaq qıtlığı ilә üz-üzә olduğunu bildirir.

(trt)

Xəbəri paylaş

VİDEOLAR