Somali ordusu havadan və qurudan keçirdiyi əməliyyatda terror təşkilatı Əl-Şəbabın 40-dan çox üzvünü zərərsizləşdirib.
Az.rasthaber.com xəbər verir ki, Somali İnformasiya Nazirliyinin verdiyi açıqlamaya görə, beynəlxalq koalisiyanın dəstəyi ilə Aşağı Cuba bölgəsindəki Velmaro kəndində Əl-Şəbaba qarşı hava və quru əməliyyatı həyata keçirilib.
Qurudan xüsusi təlim keçmiş Danab qoşunlarının əməliyyatı zamanı təşkilatın 40-dan çox üzvü öldürülüb.