Somalidə "Əş-Şəbab" terrorçularına ağır zərbələr endirilib

Somalidə

Somalidə "Eş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın 33 üzvü öldürülüb.

Az.rasthaber.com xəbər verir ki, Xarardheere bölgəsinin komissarı Məhəmməd Yusuf Muduq bölgəsində ''Eş-Şəbab'' qruplaşmasına qarşı əməliyyat keçirildiyini bildirib.
Yusif əməliyyatda 33 təşkilat üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Təşkilatın böyük itki verdiyini və bölgədə təhlükəsizliyin təmin edildiyini deyən Yusif silah və hərbi texnikanın da müsadirə edildiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR