Somalinin Muduq bölgəsində həyata keçirilən hərbi əməliyyatda "Əş-Şəbab" terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, Somali Milli Ordusu həftə sonu Muduq bölgəsindəki Aad qəsəbəsində yerli milislərin dəstəyi ilə hərbi əməliyyat keçirib.
Əməliyyatda ən azı 70 Əş-Şəbab üzvü öldürülüb.
Somali İnformasiya Nazirinin müavini Əbdirəhman Yusuf Əl Adala mətbuata verdiyi açıqlamada, Aad qəsəbəsində Əl-Şəbab üzvü terrorçuların yerləşdirildiyi düşərgələrdə əməliyyat keçirildiyini və çoxlu sayda təşkilat liderinin öldürüldüyünü bildirib.