Somalidə Əl-Şəbab qruplaşmasının 39 silahlısı zərərsizləşdirilib

Somalidə Əl-Şəbab qruplaşmasının 39 silahlısı zərərsizləşdirilib

Somalinin sahildə yerləşən Muduq bölgəsində “Əl-Şəbab” terror qruplaşmasının 39 silahlısı məhv edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Somali Ordusunun Quru Qüvvələrinin komandanı, general Bihi Təhlil mətbuata açıqlama verib.

O, bildirib ki, Muduq bölgəsinin şimal-şərqində yerləşən strateji əhəmiyyətli Haratiri şəhərinin qərbində Əl-Qaidə ilə əlaqəli olan "Əl-Şəbab" hərəkatının 39 üzvü məhv edilib.

Əlavə edilib ki, Hartiri şəhərinin qərbində baş tutan bu əməliyyat beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilib.

Somalili general qeyd edib ki, ordu bu gün Muduq bölgəsində bir sıra kəndləri də azad edə bilib.

Qeyd edək ki, Somali rəsmiləri beynəlxalq tərəfdaş dedikdə ABŞ qüvvələrini nəzərdə tuturlar.

Xəbəri paylaş

VİDEOLAR