SOCAR İsrail mediasında gedən məlumatı təkzib etdi

SOCAR İsrail mediasında gedən məlumatı təkzib etdi

SOCAR İsraildə Aşdod neft emalı zavodunun satın alınmasını nəzərdən keçirmir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə Aşdod neft emalı zavodunun satın alınmasını nəzərdən keçirmir.

Bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Məlumata əsasən, SOCAR bununla bağlı təklif alıb: “Amma şirkət hazırda bu layihəyə investisiya yerləşdirməyi nəzərdə tutmur”.

Qeyd edək ki, İsrailin “Kalkalist” qəzeti SOCAR-ın Aşdod neft emalı zavodunun satın alınmasında maraqlı olduğunu yazmışdı.

Xəbəri paylaş

VİDEOLAR