Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

"Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada (Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda) şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".

Xəbəri paylaş

VİDEOLAR